24 aprel 2019 20:27
1125

Papa Fransisk ad qoyulma gününü qeyd edib

Roma Papası Fransisk Müqəddəs Georgi və xaç suyuna salınma günləri münasibətilə Milan arxiyeparxiyasının gənc oğlan və qızlarına altı min qızılgül hədiyyə edib.

AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, milanlı gənclər müqəddəs bayram münasibətilə Milanın baş yepiskopu Mario Enriko Delpini ilə birlikdə “Müqəddəs Pyotr” kilsəsində dua ediblər.