14 avqust 2020 23:36
734

Paris “qırmızı zona” elan edildi

Paris, Marsel və bu şəhərlərin ətraf bölgələri COVID-19-a yoluxma hallarının kəskin artması səbəbindən "qırmızı zona" elan edilib.

"İki sahil" Oxu.az-a istinadən xəbər verir ki, Fərman yerli hökumət qurumlarına şəhər sakinlərinin, nəqliyyat vasitələrinin, ictimai nəqliyyatın hərəkətini məhdulaşdırmaq, ictimai yerlərə, restoranlara, barlara girişi qadağan etmək və ya məhdudlaşdırmaq səlahiyyəti verir.  

Qeyd edək ki, Fransada 209 365 nəfərin koronavirusa yoluxduğu aşkar edilib. 30 388 xəstə pandemiyanın qurbanı olub.