Bələdiyyə seçkiləri ilə bağlı fəallıq adətən aşağı olur. Ancaq biz istərdik ki, fəallıq yüksək olsun.
Publika.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının iclasında komissiyanın sədri Məzahir Pənahov bildirib.
O qeyd edib ki, bələdiyyə seçkiləri ilə bağlı seçki bülletenlərinə 41 mindən artıq namizədin adı daxil edilib: “Bir yer uğrunda 3 namizəd mübarizə aparır. Bu, yaxşı haldır”.
Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı danışan M.Pənahov qeyd edib ki, indiyədək dairə seçki komissiyalarına 50 müraciət olub, onlardan 7 nəfər təsdiq olunub: “Həmin 50 nəfərin 8-nin partiya mənsubiyyəti var. Bu onu göstərir ki, proses sürətlə inkişaf edəcək. Bələdiyyə seçkilərində namizəd olanların isə 1/3-i siyasi partiyaların namizədləridir. Bu onu göstərir ki, Milli Məclis seçkilərində siyasi partiyaların aktivliyi daha yüksək olacaq”.