23 yanvar 2020 13:10
950

Paşinyan Davosa niyə getmədi?

Ermənistanın baş naziri Nikol Paşinyan Davosda keçirilən illik Dünya İqtisadi Forumunda iştirakdan imtina edib. Erməni mətbuatı bunun bir sıra səbəblərlə bağlı olduğunu yazıb.

Əsas səbəblərdən biri ölkədə hökm sürən gərgin atmosferlə əlaqədar daxili narahatlıqdır. Eyni zamanda, Paşinyan görüşlərin lazımi səviyyədə hazırlana bilməməsi, həmçinin, çıxışı üçün uyğun platforma təmin edilmədiyi üçün Davosdan imtina edib.

Xatırladaq ki, Ermənistan ilk dəfə 2000-ci ildə Davos forumunda iştirak edib. Bu zaman nümayəndə heyətinə ikinci prezident Robert Koçaryan rəhbərlik edib. Növbəti dəfə Serj Sarkisyanın başçılıq etdiyi nümayəndə heyəti 2009-cu ildə Davosda olub. 2018-ci ildə baş nazir Karen Karapetyan, 2019-cu ildə Nikol Paşinyan Davos iqtisadi foruma qatılıb. //Azvision.az