15 oktyabr 2019 16:44
777

Paşinyan Qarabağ separatçılarının lideri ilə görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı rejimin lideri Bako Saakyanla görüşüb.

Azvision.az “aysor.am”a istinadən xəbər verir ki, görüş İrəvanda baş tutub.

Erməni mətbuatı Paşinyanın separatçıların lideri ilə bir sıra məsələləri müzakirə etdiyini yazıb.