12 fevral 2019 17:48
269

Paşinyandan Qarabağla bağlı GÖZLƏNİLMƏZ MÖVQE

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı absurd və şübhəli açıqlamalar verib.

"İki sahil" Publika.az-a istinadən xəbər verir ki, Paşinyan əvvəlki kimi “Dağlıq Qarabağ xalqı”nın öz taleyinin təyin edilməsində iştirakının vacib olduğunu, buna görə də danışıqlar masasında tərəf kimi çıxış etməsi fikrini səsləndirib.

O, Azərbaycanın mövqeyinə toxunub və qeyd edib ki, Bakı “Qarabağ nümayəndələrinin” danışıqlarda iştirakına belə reaksiya verir: “Əgər erməni tərəfi danışıqlara Qarabağ nümayəndələrini cəlb edəcəksə, onda Bakı da Qarabağın Azərbaycanlı İcmasının iştirakında təkid edəcək. Əslində, bu mövqe aydınlaşdırılmalıdır. Çünki Qarabağın Azərbaycanlı İcması Azərbaycanda keçirilən bütün seçkilərdə iştirak ediblər, buna görə də Azərbaycan prezidenti, hökuməti və parlamenti bu insanların adından danışıqlar aparmaq mandatına malikdirlər. Əgər Qarabağın Azərbaycanlı İcması danışıqlarda tərəf kimi iştirak edirsə, onda belə çıxır ki, Azərbaycan hakimiyyəti danışıqlarda bütün Azərbaycan dövlətini təmsil edə bilməz. Əgər belə deyilsə, o zaman, bu icma tərəf kimi iştirak edə bilməz”.

Paşinyan bu açıqlaması ilə özünü də ifşa etmiş olur: ya o, danışıqların mahiyyətindən məlumatsızdır, ya da danışıqları pozmaq üçün özünü belə göstərir. Çünki Qarabağın azərbaycanlı və erməni icmalarının iştirakı məsələsi 1994-cü ildə Bişkekdə imzalanan atəşkəs sazişində öz əksini tapır. Bununla yanaşı, Qarabağda qondarma “dövləti” Ermənistan yaradıb, Azərbaycan deyil, Ermənistandan fərqli olaraq, Dağlıq Qarabağ Azərbaycan dövlətinin ərazisidir, Qarabağın azərbaycanlı və erməni sakinləri Azərbaycan Respublikasının vətəndaşları olublar və bu, Azərbaycan Prezidentinə bütün dövlətin adından danışmaq hüququ verir.