Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin saat 15:00-a olan məlumatına görə şimal-qərb küləyinin sürəti arabir Sumqayıtda 34, Bakıda 35, Balakəndə 25, Pirallahıda 26, Maştağada, Ələtdə, Neftçalada 24 metr/saniyəyə çatıb.
Departamentdən AZƏRTAC-a bildiriblər ki, külək Ağstafada, Neft Daşlarında və Tərtərdə 22, Zabratda 21, Nabranda, Çilovda, Zaqatalada və Gəncədə 20 metr/saniyəyədək güclənib.
Neft Daşları Hidrometeorologiya stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.8 metrə çatıb.