15 noyabr 2019 18:25
783

Paytaxtda qadına qarşı dələduzluq edən şəxs tutulub

Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə müraciət edən Bakı şəhər sakini Q.Umarova cari ilin avqustunda Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş P.Əliyevin onu aldadaraq 15 min manatını aldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, dələduzluğu törətməkdə şübhəli bilinən P.Əliyev keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun borclu şəxs qismində axtarışda olması da müəyyən edilib.

Faktla bağlı araşdırmalar aparılır.