29 oktyabr 2020 19:14
712

Paytaxtın bu küçələrində sıxlıq yaşanır

Bu dəqiqələrdə şəhərin əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

"İki sahil" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, bu səbəbdən də hazırda müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr var.

- Ziya Bünyadov prospekti – Çermet körpüsündən 20 yanvar dairəsi və istiqamətində;

- Alı Mustafayev küçəsi - 20 yanvar dairəsindən Ziya Bünyadov prospektinə gedən yol;

- Tbilisi prospekti - 20 yanvar dairəsi və şəhər istiqamətində;

- Abbasqulu ağa Bakıxanov küçəsi –Türkiyə səfirliyi istiqamətində;

- Şah İsmayıl Xətai prospekti –Təhsil Nazirliyinin yanı Heydər Əliyev prospekti istiqamətində;

- Qara Qarayev prospekti –Dakar dairəsinə düşən yol;

- Üzeyir Hacıbəyov küçəsi –Cavanşir körpüsünün üstü;

- Heydər Əliyev prospekti –Şəhər istiqamətində kənar yol;

- Rəşid Behbudov küçəsi.