04 iyun 2020 11:23
774

“Pedro” Xızıda saxlanıldı: beşinci mərtəbədə narkotik becərirmiş

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Giləzi qəsəbə ərazisində yerləşən yaşayış binasının beşinci mərtəbəsində, yaşayış olmayan mənzildə narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb. “İki sahil” xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalarla həmin şəxsin Giləzi qəsəbə sakini, “Pedro” ləqəbli Turqay Ağayev olduğu müəyyən edilib. Dindirilmə zamanı T.Ağayev törətdiyi cinayət əməlini etiraf edərək, çətənə kollarını may ayında əkdiyini və şəxsi istifadəsi üçün yetişdirdiyini bildirib. Polis əməkdaşları tərəfindən T.Ağayevin tərəfindən dibçəklərdə əkilmiş 8 ədəd çətənə bitkisi maddi sübut kimi götürülüb və bioloji ekspertizaya təqdim olunub. Faktla bağlı Xızı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.