02 iyul 2020 17:23
1111

Peşə təhsili müəssisələrinin əməkdaşları üçün təlimlər yekunlaşıb

Peşə təhsili müəssisələrinin əməkdaşları üçün “Sosial media hesablarının idarə edilməsi və rəqəmsal marketinq” istiqamətində təlimlər yekunlaşıb.

"İki sahil" xəbər verir ki, "Code Academy" tərəfindən keçirilən təlimlər 10 gün davam edib. Onlayn şəkildə həyata keçirilən təlimlərin mövzusu peşə təhsili müəssisələrinin əməkdaşlarının sosial media hesablarından istifadəsi istiqamətində biliklərinin artırılması və rəqəmsal marketinqin əsasları, vacib prinsipləri, eləcə də onların tətbiqi qaydalarına istiqamətlənib.