15 sentyabr 2019 23:01
654

Peskov: "Saudi Aramco"dakı hadisə enerji bazarlarının sabitliyinə mənfi təsir göstərə bilər

Kreml Səudiyyə Ərəbistanının neft müəssisələrinə dron hücumunu qətiyyətlə pisləyir.

Trend-in məlumatına görə, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitriy Peskov deyib.

Dmitriy Peskov bildirib: "Əgər hadisənin səbəbi həqiqətən dronların hücumu olubsa, biz bunu qınayırıq. Şübhəsiz ki, bu cür hərəkətlər enerji bazarlarında ümumi sabitliyə mənfi təsir göstərə bilər".