29 iyun 2020 13:53
2394

Petek Dinçözü tanıya bilmədilər - FOTO

Rəqsləri və mahnıları ilə bir zamanlar damğa vuran 40 yaşlı Petek Dinçözün son görüntüsü sosial medianı silkələdi. 

"İki sahil" xəbər verir ki, gözəlliyi ilə diqqəti cəlb edən məşhur müğənni Petek Dinçöz son paylaşımı ilə sosial mediada gündəm olub. Son paylaşımındakı dəyişikliyi ilə izləyənlərini heyrətləndirən Dinçöz, "İnşallah xəstə deyil, tanıya bilmədim", "Petek estetikçöz", "Petek Dinçöz bu ola bilməz" kimi şərhlər aldı.

İddialara görə, Dinçöz dişləri və dodaqları üzərində əməliyyat keçirib. Paylaşımında izləyicilərinin onu tanımaqda çətinlik çəkdiyini görən Petek Dinçöz şərhlərdən sonra "Snapchat" adlı proqramı ilə bunu etdiyini söyləyib. Amma "Sən də bunu et, çox əyləncəlidir" deyən məşhur müğənniyə inanmayanlar daha çox oldu.

Qeyd edək ki, 2014-cü ildə iş adamı Serkan Kodaloğlu ilə evləndikdən sonra ana olan Petek Dinçöz uzun müddət ekranlardan uzaqdır.