15 iyul 2019 20:22
1606

Pis keçən günü yaxşıya çevirmək...

Özünüzü çox incitməyin

Bir səhv etdikdə özümüzü cəzalandırmağa çalışırıq. Amma bunu unutmayın ki, hamı səhv edir və səhvlərimizdən dərs çıxarmaq həyatda irəliləməyin tək yoludur. Səhv etdikdən sonra özünüzü günahlandırmaq yerinə, harada səhv etdiyinizi tapmağa çalışsanız, həm gününüz, həm də həyatınız daha yaxşı olacaq. Özünüzü bağışlamağınız o qədər də çətin deyil.

Təmiz hava alın

Əgər çöldə gəzintiyə çıxıb günəşin altında oturmaq şansınız varsa, bundan istifadə edin. Təmiz hava sahib olduğunuz qayğı və narahatçılıqları azaltmaq üçün çox köməyinizə çatacaq.

Olduğunuz hər yerdə gözəllikləri görməyə çalışın

Çox yorğun olduğunuz vaxtlarda günəşin batmasının gözəlliyini qaçıra bilərsiniz. Əgər təbiətə yaxın bir yerdə deyilsinizsə, muzeyə və ya incəsənət qalereyasına gedin. Bunlar da yoxdursa, sizə ən yaxın parka gedin və dincəlin.

Röya Rasimqızı, “İki sahil”