28 yanvar 2020 11:50
1291

Pişiklərin “terapevtik effekti”

Pişiklər qədim zamanlarda mistik heyvan hesab olunurdu, onlara hətta sitayiş edirdilər.

Müasir tibb pişikləri ən faydalı ev heyvanı hesab edir və onların insan orqanizmə olan müalicəvi təsirini təsdiq edir. Rus alimlərinin son araşdırması növbəti dəfə pişiklərin “terapevtik effekti”ni sübut edib.

Volqoqrad Dövlət Universiteti alimləri araşdırmalar zamanı aşkar ediblər ki, pişiklər insanların arterial təzyiqini və ürək ritmini tənzimləyir. Bunun sirri isə pişiklərin mırıltısındadır.

Araşdırmada 20  tələbə iştirak edib. Eksperimentdən əvvəl iştirakçıların nəbzi və təzyiqi ölçülüb, EKQ çəkilib. Daha sonra tələbələr 10 dəqiqə ərzində pişiklərin mırıltısına qulaq asırdı. 10 dəqiqədən sonra iştirakçıların vəziyyəti yenidən qiymətləndirilib.

Nəticələr alimləri heyrətləndirib - EKQ, təzyiq və ürək ritmi normaya düşüb, tələbələr etiraf ediblər ki, onlar özlərini daha sakit və rahat hiss edirlər.

Alimlərin fikrinə görə, pişiklər tək ürəyin fəaliyyətinə deyil, oynaqlara, sümüklərə də müsbət təsir edir, ağrıları azaldır. 

Röya Rasimqızı, “İki sahil”