06 iyun 2020 13:44
890

Polis xəstə şəxsi xəstəxanaya çatdırdı

Bakının Binəqədi rayonunda xroniki xəstəliyi olan şəxs polisin köməyi ilə xəstəxanaya çatdırılıb. “İki sahil” Trend-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib. Qəsəbə sakini, xroniki xəstəliyi olan qadının səhhətində qəfil problem yaranıb. Qadının həyat yoldaşını ərazidə xidmət aparan Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarına müraciət edərək, onlardan kömək istəyib. Çağırışa dərhal və təxirəsalınmaz müdaxilə edən polis əməkdaşları xəstəni şəxsi avtomobillə xəstəxanaya çatdırıb.