09 iyul 2020 20:30
1427

Polisin əlini dişləyən aktrisa həbs edildi

Aktrisa Feyza Civelekin avtomobilini saxlamaq istəyən polisin əlini dişləməsi hadisəsi ilə bağlı məhkəmə qərarı verilib.

Üç fərqli cəzası olan Feyzanın 10 il həbs edilməsi istənilib.

Vəkili sənətçini müdafiə edərkən 10 ilin çox olduğunu deyib və etirazını bildirib. Hakim 10 il həbs olunma qərarını rədd edib.

Sonda Feyza 6 ay 7 gün azadlıqdan məhrum edilib. O, eyni zamanda 9 min 80 lirə təzminat ödəyəcək. //Axşam.az