25 aprel 2019 19:19
1112

Polşa Rusiya neftinin idxalını dayandırıb

Polşa “Dostluq” boru kəməri vasitəsilə Rusiya neftinin idxalını dayandırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Polşanın Enerji Nazirliyinin məlumatında deyilir.

Buna səbəb kimi neft keyfiyyətinin pisləşməsi göstərilir. Neft idxalının müvəqqəti dayandırıldığı bildirilir.

“Belarus üzərindən idxal edilən Rusiya neftinin alışına xam neftin keyfiyyətinin itirməsinə gətirib çıxaran səbəblərin müəyyən edilməsi və nəqletmə sistemi təmizlənənə qədər ara verilib. Neft mövcud vəziyyətdə neftayırma zavodlarına zərər verə bilər”, - deyə məlumatda qeyd olunur.

Nazirlik açıqlamasında Polşanın anbarlarındakı neftin istifadə edilməsi nəticəsində bazarda çatışmazlığın yaranmayacağı deyilir.

Qeyd edək ki, “Dostluq” kəmərindən axan neftin keyfiyyətini itirməsinə ilk olaraq Belarus rəsmiləri münasibət bildirmişdi.

Hazırda həmin boru kəməri ilə nəql olunan neftin 81 faizini Ukrayna, 13 faizini isə Polşa idxal edir.