26 may 2019 12:08
1096

Polşanın turizm şirkətləri Azərbaycana səfərlər təklif edirlər

Polşanın tanieloty.com.pl portalında Azərbaycana turizm səfərləri təklif edilir.

"Azərbaycan və Avropanın ən hündür yaşayış məntəqəsinə əla qiymətə səfər" başlıqlı yazıda Polşa vətəndaşlarına çox sərfəli qiymətə - 1448 zlotıya (637 manat) Azərbaycana səfər etmək təklif olunur. Bu qiymətə uçuş və mehmanxana daxildir. Bildirilir ki, səfər zamanı müasir memarlığın və Şərq mədəniyyətinin maraqlı sintezini özündə əks etdirən Bakı ilə bərabər, polşalılar Avropanın ən hündür yaşayış məntəqəsi olan Xınalıq kəndini də görə bilərlər.