Topaz Premyer Liqasında 22-ci turun oyun cədvəli müəyyənləşib.
Qol.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, turun qarşılaşmaları iki günü əhatə edəcək. Bütün görüşlər "CBC Sport" telekanalı vasitəsi ilə canlı yayımlanacaq.
30 mart (şənbə)
16:00. "Zirə" – "Səbail"
Zirə İdman Kompleksinin stadionu
18:30. "Keşlə" – "Neftçi"
"ASK Arena"
1 aprel (bazar ertəsi)
14:00. "Qəbələ" – "Sabah"
Qəbəl şəhər stadionu
18:30. "Sumqayıt" – "Qarabağ"
"Kapital Bank Arena"