15 mart 2019 17:35
898

Prezident Administrasiyasının işçiləri Göyçay sakinləri ilə görüşüb

Prezident Administrasiyasının məsul işçiləri Göyçay rayonunda vətəndaşlarla görüşüblər.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, görüşdə ictimai siyasi, ərazi idarəetmə və hüquq sahəsi üzrə şöbələrdən gələn nümayəndələr vətəndaşların problemlərini dinləyib və qeyd olunan məsələlərin həlli üçün adiyyəti qurumlara tapşırıqlar veriblər.

Görüşə gələn sakinlər, əsasən, problemli kreditlər, iş problemləri, Qarabağ əlillərinin mənzillə təmin olunması və müalicəsi, komunal və başqa problemlərlə bağlı müraciət ediblər.

Vətəndaşlar bu cür qəbulların təşkilinə, problemlərinin həllinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkür ediblər.