15 yanvar 2021 18:49
2195

Prezident Cıdır düzündə çay içdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva ilə birgə Şuşaya səfər edib.

"İki sahil" xəbər verir ki, dövlət başçısı səfər zamanı məşhur Cıdır düzündə də olub. Azərbaycan Prezidenti ailə üzvləri ilə birgə sözügedən məkanda paxlava ilə çay içiblər. 

"Cıdır düzündə armudu stəkanda çay, paxlava ilə. Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun!", - deyə dövlət başçısı bildirib.