22 fevral 2020 19:01
1255

Prezident İlham Əliyev Estoniya Prezidentini təbrik edib

Prezident İlham Əliyev Estoniya Prezidenti Kersti Kalyulayda təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli xanım Prezident, Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə və bütün Estoniya xalqına ən səmimi təbriklərimi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Estoniya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".