22 iyul 2019 18:35
692

Prezident misirli həmkarını təbrik edib

Azərbaycan Prezidenti milli bayram münasibətilə misirli həmkarını təbrik edib

Prezident İlham Əliyev Misirin milli bayramı – İnqilab Günü münasibətilə Prezident Əbdülfəttah əs-Sisiyə təbrik məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan-Misir əlaqələrinin, ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimizin xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə və genişlənəcəyinə inandığını bildirib.

Prezident İlham Əliyev Prezident Əbdülfəttah əs-Sisiyə möhkəm cansağlığı, işlərində uğurlar, dost Misir xalqına sülh və firavanlıq arzulayıb.