07 iyul 2020 18:45
1236

Prezidentin qlobal çağrışları dünya ölkələrinin həmrəyliyini gücləndirməyə xidmət edir

YAP İmişli rayon təşkilatında Yeni Azərbaycan Partiyası Sədrinin müavini, İcra katibi Əli Əhmədovun 29 iyun 2020-ci il tarixdə keçirdiyi videokonfransdan irəli gələn məsələlərlə bağlı və rayon təşkilatının yaranmasının 27-ci ildönümü münasibətilə videokonfrans keçirilib.

Videokonfransı giriş sözü ilə açan təşkilat sədri Səfa Ağayev ilk öncə Yeni Azərbaycan Partiyası Sədrinin müavini, İcra katibi Əli Əhmədovun 29 iyun 2020-ci il tarixdə keçirdiyi videokonfransdan irəli gələn məsələlərlə bağlı iştirakçılara məlumat verib.

Daha sonra S. Ağayev Prezident İlham Əliyevin dünyanın 130-dan çox dövlətinin dəstəklədiyi BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsünü irəli sürməsindən və bu təşəbbüsü müsbət dəyərləndirən dünya dövlətlərinin Azərbaycana olan böyük etimadından və hörmətindən danışıb. Bildirib ki, dünyada COVID-19 pandemiyası başlandığı gündən ölkə başçımızın rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülmüş və əməli addımlar atılmışdır: “Xüsüsilə cənab İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi mayın 4-də bu qurumun Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü əhəmiyyətinə görə, tarixi hadisədir. Beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri bu tədbir dünyanın bütün mətbu orqanlarında işıqlandırıldı və çox yüksək qiymətləndirildi. Xüsusilə COVID-19-a qarşı mübarizədə Azərbaycan Respublikası qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına ÜST) könüllü ianə ayırmış, 30-dan artıq dövlətə humanitar yardım vermişdir. Cənab İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökümət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürmüşdür. 130-a qədər BMT üzv dövləti tərəfindən bu təşəbbüs dəstəklənmişdir Lakin təcavüzkar Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT-nin sistemində və dünya dövlətləri arasında özünü rüsvay etmişdir.

 Səfa Ağayev, eyni zamanda, YAP İmişli rayon təşkilatının yaranması tarixindən və təşkilatın cəmiyyətdəki rolundan da danışmışdır. Qeyd etmişdir ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi ucbatından ölkədə xaos və ictimai-siyasi böhran yaranmışdı. Bu zaman xalq respublikanı bu ağır ictimai-siyasi böhrandan çıxarmaq üçün Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, təcrübəli siyasətçi Heydər Əliyevə ümid yeri kimi baxırdı. Məhz 1992-ci il noyabr ayının 21-də Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının təsis edilməsi, qısa bir zamanda respublikanın bütün ərazilərində bu partiyanın yerli təşkilatlarının yaranması və Heydər Əliyevə sədaqətli olan, onun ideyalarını dəstəkləyənlərin kütləvi şəkildə partiya sıralarına daxil olması reallaşdı. 1993-cü il iyulun 3-də İmişlidə də Yeni Azərbaycan Partiyasının rayon təşkilatı təsis edildi.

Səfa Ağayev bildirmişlər ki, YAP qısa müddətdə siyasi təşkilat kimi inikişaf edərək yüzminlərin partiyasına çevrildi. Bu gün YAP Prezident İlham Əliyevin Sədriliyi ilə bölgənin ən aparıcı və nüfuzlu siyasi təşkilatıdır. Biz bununla fəxr edirik.

Elçin Zaman, “İki sahil”