13 iyul 2020 15:38
1088

PSJ-dən 9 cavabsız qol

Fransa çempionu PSJ yoxlama oyununda qüvvəsini sınayıb.

“İki sahil” xəbər verir ki, cempion Liqa 2 təmsilçisi “Havr”la qarşılaşıb.

UEFA Çempionlar Liqasında 2019/20 mövsümünün qalan oyunlarına, eləcə də Liqa 1-də yeni mövsümə hazırlaşan parislilər bu oyunda darmadağına seviniblər – 9:0. Mauro İkardi, Neymar, Pablo Sarabia dubla imza atıblarsa, Kilian Mbappe, İdrissa Queye və Arnaud Muinqa hərəyə bir dəfə fərqlənib. 

Qeyd edək ki, Fransada 2019/20 mövsümü koronavirus pandemiyasına görə vaxtından əvvəl başa çatdırılmış və PSJ çempion elan edilmişdi. ÇL-də mübarizəni davam etdirən Paris təmsilçisi 1/4 finalda İtaliyanın “Atalanta” klubu ilə mübarizə aparacaq.