20 yanvar 2021 18:10
799

"PUBG Mobile" 1 milyondan çox oyunçunu blokladı

"PUBG Mobile" proqramçıları qanun pozuntularına görə 1 milyon 217 min 342 hesabı həmişəlik bloklayıb. 

"İki sahil" xəbər verir ki, bu barədə mobil oyun rəsmi "Twitter" səhifəsində məlumat yayıb. 

Məlumata görə, hesabların 48%-i avtomatik hədəfləmə "hack"lardan istifadə və ya xarakter modellərini dəyişdirdikləri üçün əngəllənib.

Qeyd edək ki, 22%-si rentgen görmə, 12%-i artan hərəkət sürətinə görə bloklanıb. Ötən günlərdə sözügedən oyuna yeni silahlar, unikal funksiya bacarıqları, yeni bir rejim və s. kimi bir neçə yeniliklər əlavə edilib.