31 may 2020 19:43
2469

Pullar haqqında bunları bilirdinizmi?

Pul sadəcə rəngli bir kağız parçası deyil. Pul vasitəsi ilə insanlar, xalqlar, ölkələr arasında iqtisadi və mədəni münasibətlər həyata keçirilir. Müasir cəmiyyəti pul olmadan təsəvvür etmək mümkün deyil, çünki onlar iqtisadi prosseslərin ayrılmaz bir hissəsidir. Lakin pullar haqqında bilmədiyiniz maraqlı məlumatlar çoxdur. Onları təqdim edirik.

İlk pul necə yaranıb?

İlk pul maldarlıq ilə məşğul olan pekuniya tayfasında yaranmışdı. Məhz buna görə hesab edilir ki, latın sözü “pekuniya”-pul, “pekus”-mal-qara sözündən gəlmişdi. İlk istifadə olunan pullar misdən idi. Daha sonralar isə gümüş xüsusən də qızıldan istifadə edilməyə başlanıldı, çünki digər metallardan fəqli olaraq gümüş və qızıl karroziyaya uğrayıb xarab olmurdu.

İlk kağız pulları Çində yaranmışdır

Kağız pullar Çində Sun sülaləsinin hakimiyyəti dövründə çap olunmağa başladı. 812-ci ildə çıxan kağız pullar tədavüldə olan qızıl sikkənin əvəzedicisi kimi meydana gəlmişdir. Həmçinin dövriyyəyə buraxılan bu pullar uzaq məsafələrə mal daşıyan tacirlərində işlərini çox asanlaşdırdı.

100 min dollarlıq banknotu ABŞ-da buraxılmışdı

1934-cü ildə beş sıfırdan ibarət əskinas ABŞ-da məhdud sayda buraxılmışdı. Sadə amerikalılar bu addımı heç cür anlamamışdılar. Bu banknotlar yalnız bank təşkilatları arasında aparılan hesablaşmalarda və dövlətin iştirakı ilə keçirilən əməliyyatların ödənilməsində istifadə olunurdu. 100 min dollarlıq pulun bir tərəfində Versal müqaviləsinin imzalanmasında iştirak edən və Millətlər Liqası üçün Təcrübə kodeksini təstiqləyən ABŞ-nın 28-ci prezidenti olan Vudro Vilsonun sur’ti təsvir olunmuşdu.

Dünyanın ən ağır qəpik pulu

Dünyada ən ağır qəpik pul XVIII əsrdə İsveçrədə buraxılmışdı. Bu düzbucaq bürünc qəpiyin çəkisi 19 kq 710 qram idi.

Dünyanın ən böyük qızıl külçəsi

Dünyanın ən böyük qızıl külçəsi Yaponiyada hazırlanıb. Bu külçənin çəkisi 250 kq-idi, dəyəri isə 3.7 milyon dollara gəlib çatırdı.

İsaak Nyutonun sikkələr ilə bağlı faydalı təklifi

Bir zamanlar fırıldaqçılar sikkələrin qıraqlarını kəsərək, sonra o qırıntıları əridib istifadə edirdilər. Lakin İsaak Nyutonun irəli sürdüyü bir təklifində sonra, sikkələrin qıraqlarına xətt-xətt çıxıntılar qoyulmağa başladı. Sikkələrə qoyulan bu çıxıntılar fırıldaqçıların işlərini çətinləşdirdi. İllər keçsə belə qəpiklərin istehsalında əvvəlki ənənəyə əməl olunur və pulların kənarları yenə də xətt-xətt olur.

İlk bankomat

1939-cü ildə ABŞ-da ilk bankomat ixtira olunmuşdu. O zamanlar kredit kartları icad olunmadığı üçün bankomat xüsusi maliyyə qəbzləri qəbul edirdi. Divar qalınlığı 1.5 santimetr olan bu qurğu bir qəbzin əvəzində az miqdarda pul verirdi. Bu gün dünyada artıq 2 milyondan çox müasir standartlara cavab verən bankomatlar quraşdırılıb. Müasir reallıqda pulu kartdan çəkməyin və hansısa bir hesaba köçürtməyin ən asan yolu budur. Bankomatlar indi hər yerdədir, lakin 1939-cu ildə bir neçə ədəd idi. Pul çıxartmaq üçün insanlar saatlarla növbədə gözləməli olurdular.

Dollar işarəsinin icadı

Dollar işarəsi 1788-ci ildə Oliver Pollok tərəfindən icad edilmişdir.

“Ginnes Rekordlar Kitabı”na daxil olan qızıl sikkə

2007-ci ildə çəkisi 100 kq olan qızı sikkə Kanada kralının əmri ilə zərb edilmişdir. Bu gözəl sənət əsərinə “Big Maple Leaf”(Böyük ağcaqayın yarpağı) adı verilmişdir . Sikkənin ön tərəfində II Elizabetin şəkili həkk olunmuşdur, digər tərəfində isə Kanadanın simvolu sayılan ağcaqayın yarpağı var idi. Dəyəri 4.5 milyon dollar olan bu sənət əsəri “Ginnesin Rekordlar Kitabı”na daxil olmuşdur.

İlk kredit kartı

İlk kredit kartı “American Exspress”şirkəti tərəfindən 1951-ci ildə buraxılıb.

Dünyanın ilk bankı

Dünyada ilk bankın əsası İtaliyada qoyulmuşdur. Onun adı “Banca Monte dei Pasch di Siena” idi. Bu bank dünyada ən qədim bank kimi “ Ginnes Rekordlar Kitabı”na daxil olmuşdur.

ABŞ-da ilk kağız pulların yaranması

ABŞ-da ilk kağız pullar yalnız 1861-ci ildə hazırlanmağa başlayıb. Buna səbəb isə dövriyyədə olan sikkələrinin çatışmazlığı, həmçinin o zamanlar baş verən vətəndaş müharibəsinin maliyyəşdirilməsi idi. Bu pulların hazırlanması çox gizli şəkildə keçirilirdi və bu əskinaslar dövlətin xəzinadarlığının çardağında 6 işçi tərəfindən yaradılmışdı.

Ən qeyri-adi pul

Ən qeyri-adi pul dəri materiallarından hazırlanmışdı. XIX əsrdə Alyaskada rus şirkəti tərəfindən buraxılan bu pul dünyanın ən qeyri-adi pulu kimi “Ginnes Rekordlar Kitabı”na daxil olmuşdur.

Samirə Tağıyeva, “İki sahil”