11 avqust 2020 13:26
842

Putin qızının COVID-19-a qarşı peyvənd olunduğunu açıqladı

Rusiya Prezidenti Vladimir Putin qızının yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd olunduğunu açıqlayıb.

APA-nın məlumatına görə, bu barədə o, hökumət üzvləri ilə keçirdiyi iclasda bildirib.

Qızlarından birinin COVID-19-a qarşı peyvənd olduğunu qeyd edən V. Putin vurğulayıb ki, birinci peyvənddən sonra onun hərarəti 38 dərəcə olub, növbəti gün isə 37-dən bir az çox olub.

Qeyd edək ki, bu gün Rusiyada dünyada ilk dəfə olaraq COVID-19 virusuna qarşı peyvənd qeydiyyatdan keçib. Koronavirusa qarşı peyvəndin qeydiyyatdan keçdiyini Rusiya Prezidenti elan edib.

Rusiyanın Səhiyyə naziri Mixail Muraşko bildirib ki, qeydiyyatdan keçən koronavirusa qarşı ilk peyvəndin nəticələri yüksək effektivlik göstərib.

O, peyvənd olunan bütün könüllülərdə COVID-19-a qarşı yüksək titrli antitel formalaşdığını qeyd edib.

“Bununla yanaşı, onların heç birində immun sisteminin ciddi fəsadları qeydə alınmayıb”, - deyə rusiyalı nazir vurğulayıb.