11 noyabr 2019 11:52
597

Qalaaltıda yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb

Şabranda yanğın faktı qeydə alınıb. Bu barədə Trend-ə FHN-dən məlumata verilib.

Məlumata görə, rayonunun Qalaaltı kəndi ərazisində xəzəl və ağac kötükləri 0,5 ha sahədə yanıb. Meşə ərazisi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.