19 sentyabr 2020 20:25
877

"Qalatasaray" Bakıya səfərindən bəhs edən veriliş hazırlayıb - VİDEO

Türkiyə "Qalatasaray"ının rəsmi televiziyası "Neftçi"yə qarşı keçirdikləri UEFA Avropa Liqasının II təsnifat mərhələsinin oyunu ilə əlaqədar komandanın Bakıya səfərindən bəhs edən veriliş hazırlayıb. 

"İki sahil" "Report"a istinadən xəbər verir ki, verilişdə Azərbaycan və onun paytaxtı, qarşılanıb-yola salınmaları barədə müsbət fikirlər yer alıb.

Qeyd edək ki, "Qalatasaray" Bakı Olimpiya Stadionunda keçirilmiş görüşdə 3:1 hesablı qələbə qazanıb.