18 iyul 2019 21:18
1165

“Qalatasaray” Falkao ilə razılaşdı

“Qalatasaray” Radamel Falkao transferində ilkin razılıq əldə edib. 

Bu barədə “TRT Spor” məlumat yayıb. 

Bildirilir ki, “sarı qırmızılılar” təzminatla bağlı “Monako” ilə danışıqlar aparır. 

Hazırda dəyəri 10 milyon avro olan Falkao “Monako” forması ilə 108 oyuna 65 qol vurub, 12 qolun ötürməsini verib. 

Qeyd edək ki, Falkao 2013-cü ildə 43 milyon avroya “Atletiko”dan “Monako”ya transfer olunub.