18 noyabr 2019 14:02
864

Qalib gəldiyi üçün postundan qovuldu

İtaliya çempionatında maraqlı olay baş verib.

Publika.az xəbər verir ki, yeniyetmə futbolçularının mübarizə apardığı turnirdə “İnviktasauro” komandası “Marina Kalço” ilə oyunda 27:0 hesablı qələbə qazanıb.

Lakin qalib komandanın baş məşqçisi Massimiliano Riççi uğuruna çox sevinə bilməyib. Oyundan sonra klubun prezidenti Paolo Broqelli onu istefaya göndərib.

Prezident bildirib ki, bu hesab rəqibə hörmətsizlikdir: “Rəqib komandadan üzr istəyirəm. Klub rəhbərliyi olaraq, yekdilliklə baş məşqçi Riççini istefaya göndərmək qərarına gəldik. Baş məşqçilərdən gəncləri təkcə məşq etdirmək deyil, həm də onları tərbiyə etmək tələb olunur”.