20 sentyabr 2020 10:56
677

Qanada baş verən yol qəzasında səkkiz futbolçu ölüb

Qanada avtobusun çaya düşməsi 8 futbolçunun ölümü ilə nəticələnib.

AZƏRTAC xarici KİV-lərə istinadla məlumat verir ki, hadisə Aşantı bölgəsində baş verib.

İdmançılar olan avtobus çaya düşüb. Altı nəfər yerindəcə, daha iki nəfər xəstəxanada ölüb. Dörd futbolçunun vəziyyəti ağırdır.

Komanda gənclər futbol liqasında iştirak etmək üçün qeydiyyatdan keçməyə gedirmiş.