19 fevral 2020 16:59
1675

Qar uçqunu altında qalan qadınlar belə qurtarıldı - VİDEO

İsveçrədə qar uçqunu altında qalan iki qadın xizəkçinin köməyinə snoubordçular gəlib.

Qadınlardan birinin xilasedilmə anı snoubordçunun kaskasındakı kameraya düşüb.

Hadisə İsveçrənin cənub-qərbindəki Vale kantonunun Verbye kəndində baş verib.

Qadınlar bölgəyə çağrılan helikopter vasitəsilə xəstəxanaya yerləşdiriliblər. 

“Report”