23 yanvar 2020 20:02
2583

Qara almaz dəyərindəki trüfle

Avropanın “qara almazı” sayılan trufle padşahların yeməyi olaraq ta qədimi zamanlardan ən qiymətli  məhsullardan biridir. Tarixən bu məhsulun azlığı qara bazar yaranmasına səbəb  olsa da - bu səbəblər  heç biri bu qiymətli  göbələklərə olan tələbatı  azaltmayıb. 

Truffle, meşəlik  bölgələrdə, ağaclarının kökündə 5 ilə 20 sm dərinlikdə yetişən ətirli ectomicoriza cinsindən olan göbələydir. Ona  Aralıq dənizi bölgəsiylə yanaşı, dünyanın bir çox bölgəsində rast gəlinir. Truffle görünüşü ilə  daşa bənzəyən və sərt bir quruluşa sahib bir göbələkdir. Təxminən 70 növ olduğu deyilən truffle göbələkləri  bir çox ölkələrdə becərilsə də, ən qiymətli və ləzzətliləri Fransa, İtaliya, İspaniya və Xorvatiya kimi Avropa ölkələrində istehsal olunur. Fransanın 17 şəhərində truffle üçün festivallar təşkil edilir və təkcə Fransada 20 min insan bu yolla gəlir əldə edir. Yeraltında yaranıb,böyüdüyünə görə aşkarlanıb toplanması üçün xüsusi bir mütəxəssis tələb olunur. Beləki məhz qoxu qabiliyyətlərinə  görə xüsusi olaraq hazırlanmış köpəklər və donuzlar bunun üçün istifadə olunur.

Qara, ağ və yaz kimi müxtəlif çeşidləri olan truffle göbələklərindən ən qiymətlisi ağ trufflədir. Ağ truffles, mövcud olan növlərin ən nadir çeşidi sayılır, buna görə də onların böyük vesaitə başa gəlməsi gözlənilən hal olsa da ,eşidəcəyiniz məbləğlər sizi təəccübləndirə bilər. Qara truffle göbələyinin çəkisi 2 min avro olduğu halda, ağ truffle göbələyinin çəkisi 10-20 min dollara qədərdir. Bu qədər dəyərli olduğuna görə Avropada hərrac yolu ilə satılır. Məsələn, 2016-cı ildə Sotheby’s auksionunda dünyanın ən böyük truflesi 1,88 kiloqram olan truffle 61,250 dollara satılmışdır.

Qoz ölçüsündə və orta çəkisi 100 qram olan truffle göbələklərinin ətri təzə olduğu zaman daha yaxşı hiss olunur. Qeyd edək ki, Truffle təzə halda istifadə edilməlidir, çünki tədricən ətirini və suyunu itirir. Bu qədər bahalı məhsuldan qiymətinə uyğun ləzzət əldə etmək istəyirsinizsə yığıldıqdan sonra beş gün ərzində istehlak etməyiniz tövsiyə olunur.

Avropada insanların mətbəxində geniş istifadə olunan trufle özünəməxsus aromatik ətrinə görə çox sevilir və müxtəlif formalarda kəsilərək, salatlarda, ət yeməklərində, kömürdə və ya füme içərisində bişirilir. Həm də müxtəlif cür yeməyə ağ trüflənin intensiv dadını əlavə etmək istəyənlər üçün hazırlanmış ağ truffle yağı və ya krem də mövcuddur. İçərisində bir neçə dilim truffle olan bir makaron da birdən bahalı, lüks bir yeməyə çevrilə bilər. Zülal baxımından çox zəngin olan truffle göbələkləri ətdən daha çox protein dəyərini daşıyır. Ayrıca afrodizyak xüsusiyyətinə malik göbələklərin digər tərəvəzlərlə müqayisədə karbohidrat baxımından zəifdir. Bu səbəblə, diabet xəstələri üçün ideal bir qida qaynağı olduğunu söyləyə bilərik. Həmçinin onurğa sistemini gücləndirir və xolesterolun müalicəsində bir tənzimləyici kimi istifadə olunur.

Samirə İsmayılova, “İki sahil”