04 mart 2019 20:23
1914

Qara dəniz süni yaradılmış su hövzəsidir - İDDİA

Bu yaxınlarda internet məkanında Qara dənizlə bağlı yeni iddialar ortaya atılıb.

“Ölkə.Az” xəbər verir ki, bəzi faktlar Qara dənizin süni və faydalı qazıntılar aparılan, sonradan su ilə dolan karyer olduğuna işarə edir. Bu hipotez çoxdan mövcuddur və son dövrlər Qara dənizin dibində aparılan tədqiqatlar bunu deməyə əsas very. Dənizin dibi adi, müasir karyeri xatırladır.

Bundan başqa ABŞ-dakı Böyük Kanyonun da karyer olması barədə elmi hipotez də mövcuddur. Əgər bu kanyona baxsaq, Qara dənizin karyer olması barədə hipotezin fantastik olması ağlabatan deyil. Bundan başqa Krımda da geniş karyer yerləri aşkar edilib. Bu isə alimləri çətin sual qarşısında qoyur: “Burada izini qoyan hansı yüksək inkişaf etmiş sivilizasiyadır?”

Görünür burada nə vaxt və kim tərəfindən hansı qazıntılar aparıldığını bilməyəcəyik. Amma bu barədə alternative tarix elminin cavabı var. Onların fikrinə əsasən, Nibiru planeti sakinləri Yerdə qızıl axtarıblar…