13 avqust 2020 17:06
800

Qara dənizdə gərgin anlar! Rusiya və ABŞ təyyarələri..

Qara dənizdə ABŞ və Rusiya təyyarələri üz-üzə gəlib.

“İki sahil” xəbər verir ki, kəşfiyyat uçuşu həyata keçirən ABŞ təyyarəsinin Rusiya sərhəddinə yaxınlaşdığını əsas gətirən Rusiya “SU-27” tipli hərbi təyyarəsini səmaya qaldırıb.

Bildirilir ki, uzun müddət cənub sərhədlərinə yaxınlaşan kəşfiyyat təyyarəsini izləyən rus döyüş təyyarəsi heç bir əlaqə yaratmayıb. ABŞ kəşfiyyat təyyarəsinin neytral zona uçuşu başa çatdıqdan sonra Rusiya qırıcı təyyarəsi ərazini tərk edib.