23 iyul 2019 20:18
791

Qara dənizin Gürcüstan sahillərində qırmızı fənərlər yandırılıb

Qara dənizin Gürcüstan sahillərində yenidən qasırğa xəbərdarlığı edilib.

AZƏRTAC xəbər verir ki, Potinin sahilboyu bütün ərazilərində qırmızı fənərlər yandırılıb, turistlərə dənizdə çimmək qadağan olunub.

Gürcüstan sinoptiklərinin məlumatıma görə, hazırda dənizdə 4 ballıq qasırğa var. İlkin məlumatlara görə, bu cür şərait iyulun 25-dək davam edəcək.

Bundan başqa, Gürcüstan, xüsusisən də Acarıstan Muxtar Respublikası ərazisində güclü leysan yağışları gözlənilir.

Havanın temperaturunun 25 dərəcəyə enəcəyi gözlənilir.

Dənizdə çimmək üçün qoyulan qadağa iyulun sonunadək qüvvədə olacaq.