21 yanvar 2021 03:51
777

“Qara Yanvar” şəhidlərimizin acısı hələ də qəlbimizdədir - Fuat Oktay

Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay 31 il öncə Azərbaycanda 20 Yanvar faciəsində şəhid olanları yad edib.

"İki sahil" xəbər verir ki, Fuat Oktay bu barədə “Twitter” hesabında paylaşım edib.

“1990-cı il yanvarın 20-də Azərbaycanın azadlığı uğrunda həyatlarını fəda edən insanlarımızı rəhmətlə anıram”, - deyə F.Oktay fikirlərini bildirib.