24 yanvar 2020 20:31
1182

“Qarabağ” kimi güclü klubda oynamağı arzulayırdım

Bunu Ağdam təmsilçisinin yeni transferi hücumçu Ovusu Kvabena klubun saytına açıqlamasında deyib.

İspaniyanın “Leqanes” komandasından transfer olunan hücumçu yeni klubu haqqında danışarkən deyib: “Qarabağ”a gəldiyim üçün şadam. UEFA Çempionlar Liqasında və Avropa Liqasında çıxış etmiş bir klubda oynamaq arzum idi. Ümid edirəm ki, burada hər şey mənim üçün yaxşı olacaq. Azərbaycanın altı dəfə ardıcıl çempion olan komandasına gəldiyimi və azarkeşlərin məndən çoxlu qollar gözlədiyini yaxşı başa düşürəm. Göstərilən etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. "Qarabağ"dan təklif gələndə burada heç kimi tanımırdım. Bilirdim ki, iki il öncə Çempionlar Liqasında çıxış edib. Belə bir klubda oynamaq mənim üçün arzu idi və təklif gələndə çox sevindim. Gənc futbolçuyam və bu təklif mənim üçün əla imkandır. Ümid edirəm ki, öz oyunumla özümü azarkeşlərə sevdirə biləcəyəm”.