13 avqust 2020 17:39
1695

“Qarabağ”-“Sileks” matçını idarə edəcək hakimlər müəyyənləşib

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində keçiriləcək “Qarabağ”–“Sileks” oyununun hakimləri müəyyənləşib.

UEFA-nın saytı xəbər verir ki, görüşü Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Yaroslav Kozık olacaq. Ona yan xətt hakimləri Viktor Nijnik və Vladimir Korotin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Anatoli Abdula yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ”–“Sileks” matçı saat 20:00-da start götürəcək.