30 may 2019 11:34
1107

“Qarabağ” yatağından gözləntilər böyükdür

“Abşeron” və “Qarabağ” yataqlarından ilk məhsulun 2021-2022-ci illərdə əldə olunması gözlənilir. 

"İki sahil" xəbər verir ki, bunu Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Konfransında çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.

R. Abdullayev qeyd edib ki, Equinor şirkəti ilə birgə layihələndirilən “Qarabağ” yatağının neft və qaz ehtiyatları ilə bağlı gözləntilər böyükdür və  yaxın zamanda işlənmənin FEED mərhələsinə keçməsi nəzərdə tutulub.