Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
14 oktyabr 2020 16:11
2293

Qarabağda döyüşən erməni aktyor ağır yaralandı

Dağlıq Qarabağda gedən döyüşlərdə iştirak edən erməni məşhurlardan biri ağır yaralanıb. Belə ki, aktyor Hayk Çomoyan döyüşlərə qatılsa da, qısa zamanda ordumuzun cavab zərbələri nəticəsində ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

Azvision.az xəbər verir ki, aktyor Çomoyanın cəbhə xəttində yaralanması barədə xəbəri onun reper dostu Arşon yayıb.

O “İnstagram” səhifəsində aktyorla olan fotolarını paylaşaraq yazıb ki, hazırda Çomoyan İrəvan xəstəxanalarından birində müalicəsini davam etdirir.

Buradan bir daha aydın olur ki, ermənilər xalq olaraq işğalçılıq siyasətinin davam etdirilməsində maraqlıdır. Onlar nəinki xaricdən muzdlular, terrorçu qrupları döyüşlərə cəlb edir, hətta əli avtomat tuta bilməyən incəsənət xadimlərini də cəbhə xəttinə göndərirlər.