02 dekabr 2020 16:14
721

Qarabağdakı erməni ünsürləri Ermənistana qayıtmağa başladı

Qarabağda xidmət edən erməni hərbi birləşmələrinin Ermənistana qayıdışı başlayıb.

"İki sahil" Publika.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, bir neçə gün müddətində hərbi xidmətə çağırılanların valideynləri etiraz aksiyası keçirərək müharibədən sonra övladlarının dincəlmək imkanı və müalicəsi üçün Ermənistana köçürülmələrini tələb edirdilər.