10 avqust 2020 14:31
1656

"Qarabağ"ın potensial rəqibləri müəyyənləşdi

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub. 

"İki sahil" "Report"a istinadən xəbər verir ki, Ağdam təmsilçisi I mərhələdə Şimali Makedoniya "Sileks"ini keçəcəyi təqdirdə "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün qalibi ilə üz-üzə gələcək. Ağdam klubunun mərhələ keçəcəyi təqdirdə matçı Bakıda olacaq. 

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 18-19 avqust, II mərhələnin matçları isə 25-26 avqustda gerçəkləşəcək. Pley-offa qədər bütün raundlar bir oyundan ibarət olacaq. "Qarabağ" "Sileks"i də doğma meydanda qəbul edəcək.

Çempionlar Liqası

II təsnifat mərhələsi

"Buduçnost" (Podqoritsa, Monteneqro) - "Lüdoqorets" (Bolqarıstan) / "Midtüllann" (Danimarka) cütü

"Dinamo" (Brest, Belarus) - "Astana" (Qazaxıstan) cütü / "Konnas Ki" (Uels) - "Sarayevo" (Bosniya və Herseqovina) cütü

"Qarabağ" (AZƏRBAYCAN) - "Sileks" (Şimali Makedoniya) / Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütü

"Srvena Zvezda" (Serbiya) - "Europa" (Cəbəllütariq) cütü / "Dinamo" (Tbilisi, Gürcüstan) - "Tirana" (Albaniya) cütü