27 oktyabr 2020 10:33
528

"Qarabağ"ın rəqibi məğlub oldu

Türkiyə Superliqasında 6-cı turun oyunları keçirilib.

“İki sahil” xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sivasspor” öz meydanında “Rizəspor”la qarşılaşıb. Görüş qonaqların qələbəsi ilə başa çatıb - 2:0.

Sivas təmsilçisi 7 xalla 14-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ”  I qrupunda birgə qərarlaşdığı “Sivasspor”la ilk oyununu noyabrın 5-də səfərdə keçirəcək.