18 oktyabr 2019 14:20
844

Qaret Beyl İstanbula getməyə bilər

İspaniyanın “Real Madrid” futbol klubunun yarımmüdafiəçisi Qaret Beyl Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda “Qalatasaray”a qarşı keçirəcəkləri səfər oyununu buraxa bilər.

30 yaşlı uelsli yarımmüdafiəçi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Uels-Xorvatiya oyunu zamanı zədələnib. Q.Beyl İspaniya çempionatında “Malyarko” ilə görüşdə də iştirak etməyəcək.

Yarımmüdafiəçinin İstanbul klubu ilə oyunadək hazır olmayacağı gözlənilir. “Qalatasaray”la oyunda Madrid təmsilçisinin futbolçularından Luka Modriçdə də zədə səbəbindən meydana çıxmayacaq.

Qeyd edək ki, “Qalatasaray” və “Real” komandaları arasında oktyabr 22-də keçiriləcək oyun Bakı vaxtı ilə 23:00-da start götürəcək.