24 yanvar 2021 12:12
880

Qarsda zəlzələ olub

Türkiyədə zəlzələ qeydə alınıb.

"İki sahil"in məlumatına görə, yeraltı təkanlar Qars əyalətinin Sarıqamış rayonunda qeydə alınıb.

Zəlzələ 3,5 bal gücündə baş verib. Zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib.

Qəndilli Rəsədxanası isə zəlzələnin 3,6 bal gücündə baş verdiyini bildirib.

Dağıntı və ya tələfat qeydə alınmayıb.