21 dekabr 2020 18:59
1004

Qazi Həsən Mehtiyevin ailəsinin yaşayışı da diqqətdə saxlanılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən müharibəsi zamanı yaralanan hərbi qulluqçu Mehtiyev Həsən Rəcəb oğlunu ziyarət edib, ailəsinin sosial vəziyyəti ilə tanış olublar.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən "İki sahil"ə verilən məlumata görə, Həsən müharibəyə getməzdən əvvəl DOST İş Mərkəzi tərəfindən ictimai işə cəlb olunub və əməkhaqqı alıb.

Qaziyə yaxın günlərdə əlillik təyin olunacaq və aylıq təqaüdlə, həmçinin müavinətlə, reabilitasiya vasitələri ilə təmin ediləcək.

Saatlı rayonunda yaşayan ailə ilə görüş zamanı qazinin atası və anasının işsiz olduğu öyrənilib. Ona görə də və istəkləri nəzərə alınmaqla ailə üçün özünüməşğulluq proqramı çərçivəsində təsərrüfatın yaradılması da qərara alınıb.

Qazinin qardaşı Elgünün mövsümi işdə çalışdığı nəzərə alınmaqla və növbəti ildən daimi işlə təmin olunması üçün işlər aparılır.